İran Çindən Avropaya yük daşınması üçün ən cəlbedici marşrutdur
Dek 04, 2025 13:33 Asia/Baku
İran İslam Respublikası Dəmir Yolları İdarəsinin Xarici Ticarət üzrə Baş Direktoru dedi: İrandan keçən cənub dəhlizi Çindən Avropaya dəmir yolu yüklərinin daşınması üçün ən təhlükəsiz və ən sərfəli marşrutdur.
Şəhriyar Nağızadə İRNA-ya verdiyi müsahibədə İran İslam Respublikası, Çin, Özbəkistan, Türkiyə, Türkmənistan və Qazaxıstan arasında İstanbulda imzalanmış altıtərəfli dəmir yolu müqaviləsinə toxunaraq bildirdi: Bu ilin iyun ayının əvvəlində Pekində bu ölkələrin nümayəndələrinin iştirakı ilə İran vasitəsilə Şərq-Qərb dəhlizinin inkişafına həsr olunmuş görüş keçirildi.
Teqlər