Vilayəti:
Siyasi bəyanatlar, İran adalarının mülkiyyət reallığını dəyişməyəcək
İslam İnqilabınn Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri İranın ərazi bütövlüyünə qarşı irəli sürülən iddiaları pisləyib.
İslam İnqilabınn Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli-Əkbər Vilayəti söyləyib: Fars Körfəzi Əməkdaşlıq Şurası iclasının üçlü İran adaları barədəki əsassız və təkrar iddiaları, həmçinin Arəş neft yatağı üzərində puç mülkiyyət məsələsinin qaldırılmasından ibarət olan son bəyanatı, bir daha göstərdi ki, bəzi dövlətlər məntiqli və konstruktiv anlaşma yerinə, əcnəbilərin siyasətlərinin ardınca getmək və gərginlik yaratmaq yolunu seçiblər.
O, əlavə edib: Əbu-Musa, Böyük Tonb və Kiçik Tonb adaları, eləcə də Arəş neft yatağı İran İslam Respublikasının tarixi ərazisinin toxunulmaz hissələridirlər və onların mülkiyyəti barədəki hər hansı iddia, heç bir hüquqi dəyərə malik olmayaraq, ağ yalandır!
Vilayəti vurğulayıb: Bununla belə, indiyə kimi açıq bəyan edilməsindən çəkindiyimiz bir cəhəti bildirməyimiz zəruridir: Birləşmiş Ərəb Əmirlikləri illər boyudur, öz xarici siyasətinin təəssüfləndirici gerçəkliklərini ictimai rəydən gizlədibdir. Onların avantürist siyasətlərinin əsl simasının üzə çıxdığı bu gün, bu təxribatçı rəftarlar qarşısında susmaq olmaz!
Vilayəti sonra deyib: Əmirliklərin müdaxiləçi və məsuliyyətsiz hökumətindən soruşmaq lazımdır ki, siz Yəməndə nə edirdiz?! Nə üçün “Suqutra” adasını işğal etdiniz?! Niyə Sudanın müdafiəsiz xalqından bir qrupunu köçürüb, onları muzdlular kimi Yəmən müharibəsinə göndərdiniz?! Sizin ekspansianist siyasətləriniz hesabına, on minlərlə yəmənli müsəlmanın qanı axıdıldı və Ənsarullah hərəkatının qəhrəmancasına müqavimətindən sonra siz tam məğlubiyyətlə üzləşdiniz!
Vilayəti söyləyib: Görən, bu suala cavab verəcəksiniz ki, uzun keçmişə malik olan İngiltərə müstəmləkəçiliyi də daxil olmaqla kimlərin əməkdaşlıqları ilə Sudanda qiyamçı qrupların formalaşmasında əsas rol oynadınız?! Bu əməllərin nəticəsi, həmin ölkədə minlərlə günahsız insanın öldürülməsi oldu və əslində, sizin İslam Dünyasındakı intensiv müdaxiləçilik yolunuzu üzə çıxardı