Pezeşkian: Ölkədə ədalətin təmin edilməsi üçün proqramımız var
İranın Prezidenti Məsud Pezeşkian tələbələrlə görüşündə bildirib: Ölkədə ədalətin bərpası üçün hökumətin xüsusi proqramı mövcuddur. Prezidentin sözlərinə görə, bu istiqamətdə ilk addım olaraq hazırda məktəbi olmayan kəndlərdə yerli sakinlərin iştirakı ilə məktəb tikintisi həyata keçirilir.
Pezeşkian 2025-ci il 8 dekabr bazar ertəsi günü Tehranın Şəhid Beheşti Tibb Universitetində Tələbə Günü münasibətilə keçirilən tədbirdə çıxış edərək vurğulayıb ki, ölkənin ən böyük sərvəti məktəblilər, gənclər və tələbələrdir. O qeyd edib ki, kollektiv şəklində çalışma bacarığı uşaqlara erkən yaşlardan öyrədilməlidir.Prezident deyib: İqtisadiyyatı, sənayeni və ya kənd təsərrüfatını inkişaf etdirə biləcəyini iddia edən istənilən şəxs, qrup və ya universitet üçün fəaliyyət meydanı açacağıq. Problemin kökü səlahiyyət çatışmazlığı deyil, əməli fəaliyyət üçün imkanların məhdudluğudur. Ölkədə ədalətin təmin olunması üçün proqramımız var və ilk addım məktəbi olmayan bütün kəndlərdə məktəblərin inşasıdır.Pezeşkian XIV Hökumət dövründə günəş enerjisi sahəsində görülən işlərə də toxunaraq bildirib: Bu günə qədər 3 min meqavatdan çox günəş paneli quraşdırılıb, 4 min meqavatdan artıq güc yenilənib. Eyni zamanda kombinə edilmiş sikl elektrik stansiyaları şəbəkəyə qoşulub və 80 min meqavatlıq günəş paneli üzrə müqavilə imzalanıb və eləcə layihənin icrası davam edir.