Zaxarova: İranın xarici işlər nazirinin Rusiyaya səfərinin hazırlıq işləri görülür
Dek 08, 2025 16:38 Asia/Baku
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Moskva İran İslam Respublikasının xarici işlər nazirinin Rusiyaya səfərinin həyata keçirilməsi üçün zəruri hazırlıq işləri aparır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dünən (bazar günü) keçirdiyi həftəlik mətbuat brifinqində bildirmişdi ki, yaxın həftələrdə Xarici İşlər Nazirliyi səviyyəsində Belarus və Rusiya yüksək vəzifəli rəsmiləri ilə görüşlər nəzərdə tutulur. O qeyd edib ki, doktor Əraqçi bu iki ölkəyə səfər edəcək və bu səfərlər həmin ölkələrlə aparılan davamlı məsləhətləşmələrin tərkib hissəsidir.
Teqlər