Xarici İşlər Naziri Azərbaycan şəhidlərinin xatirəsini yad etdi
https://parstoday.ir/azeri/news/iran-i13362-xarici_İşlər_naziri_azərbaycan_şəhidlərinin_xatirəsini_yad_etdi
Xarici İşlər Naziri Bakıya səfəri zamanı Şəhidlər Xiyabanına gələrək Azərbaycan Respublikası şəhidlərinin xatirəsini yad etdi.
(last modified 2025-12-08T12:42:31+00:00 )
Dek 08, 2025 16:40 Asia/Baku
  • Xarici İşlər Naziri Azərbaycan şəhidlərinin xatirəsini yad etdi

Xarici İşlər Naziri Bakıya səfəri zamanı Şəhidlər Xiyabanına gələrək Azərbaycan Respublikası şəhidlərinin xatirəsini yad etdi.

 

 

İran xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasına səfəri zamanı Şəhidlər Xiyabanına gələrək Azərbaycan Respublikası şəhidlərinin xatirəsini yad etdi.

 

Xarici İşlər naziri dünən axşam (7 dekabr, bazar günü) Tehrandan Bakıya yola düşdü və bir saat sonra şəhərdəki Heydər Əliyev adına Hava Limanına çatdı. O, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Regional Baş direktoru və Bakıdakı İran səfiri tərəfindən qarşılandı. Bakıda diplomatik məsləhətləşmələrini davam etdirən Əraqçi Prezident İlham Əliyev və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.