Qəribabadi: Müharibədə sionist rejimə çox ağır zərər vurduq
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Hüquqi və Beynəlxalq Məsələlər üzrə müavini Kazım Qəribabadi bildirib: sionist rejimi yalnız İsrail dövləti çərçivəsində dəyərləndirmək düzgün deyil. O qeyd edib ki, sionist rejimi — Qərb ölkələri, ABŞ və ABŞ-nin malik olduğu bütün silahların bu rejimin ixtiyarında olması deməkdir. Həmçinin bəzi Avropa ölkələrinin müdafiə və hava hücumundan müdafiə sistemləri də həmin rejimin istifadəsinə verilib. Qəribabadi vurğulayıb ki, aparılan müharibə İran
O əlavə edib: İsrailə vurulmuş ziyanın yalnız bir hissəsi yayımlanıb və İsrail özü İranın raket hücumları nəticəsində dəymiş ziyanın tam şəkildə açıqlanmasının qarşısını alıb. Qəribabadi qeyd edib ki, təəssüf ki, ölkə daxilində mobil telefon çəkilişləri və hətta bəzi media qurumlarının vasitəsilə məlumatlar açıq şəkildə yayımlanırdı və israillilər də bu görüntülərdən baş verən hadisələrin miqyasını və nəticələrini görürdülər. Onun sözlərinə görə, düzgün və ya səhv olmasından asılı olmayaraq, bu məsələdə şəffaflıq nümayiş etdirilib.Qəribabadi bildirib: Müharibədə əsas məsələ qarşıya qoyulmuş strateji məqsədlərə nail olunub-olunmamasıdır. Əgər bu məqsədlərə çatılıbsa, qalibiyyət əldə olunub, əgər nail olunmayıbsa, məğlubiyyət olaraq qiymətləndirilir. O vurğulayıb ki, İsrail öz strateji hədəflərinə çata bilməyib və ciddi məğlubiyyətə uğrayıb.