19-cu Beynəlxalq Rəzəvi Şeir Festivalına Azərbaycan türkcəsində 97 əsər göndərilib
https://parstoday.ir/azeri/news/iran-i13372-19_cu_beynəlxalq_rəzəvi_Şeir_festivalına_azərbaycan_türkcəsində_97_əsər_göndərilib
Qərbi Azərbaycanın Mədəniyyət və İslami İrşad İdarəsinin Baş Direktoru yerli və xarici şairlərin 97 əsərinin Azərbaycan türkcəsində 19-cu Beynəlxalq Rəzəvi Şeir Festivalına göndərildiyini açıqladı.
(last modified 2025-12-13T07:00:10+00:00 )
Dek 10, 2025 20:59 Asia/Baku
  • 19-cu Beynəlxalq Rəzəvi Şeir Festivalına Azərbaycan türkcəsində 97 əsər göndərilib

Qərbi Azərbaycanın Mədəniyyət və İslami İrşad İdarəsinin Baş Direktoru yerli və xarici şairlərin 97 əsərinin Azərbaycan türkcəsində 19-cu Beynəlxalq Rəzəvi Şeir Festivalına göndərildiyini açıqladı.

 

Əlireza Novruzi çərşənbə axşamı İRNA-ya verdiyi müsahibədə əlavə etdi: Bu festivala göndərilən əsərlər arasında 12 əsər Rusiya, Azərbaycan Respublikası, İraq və Türkiyədən olan şairlərə məxsusdur.

Qərbi Azərbaycanın Mədəniyyət və İslami İrşad İdarəsinin Baş Direktoru həmçinin 19-cu Beynəlxalq Rəzəvi Şeir Festivalına Azərbaycan türkcəsində təxminən 300 yerli və 50-60 xarici əsərin göndəriləcəyini proqnozlaşdırdı.