Lavrov: Avropanın İrana qarşı addımları aldadıcıdır və diplomatiya üçün utanc ləkəsidir
Rusiya Federasiyasının xarici işlər naziri vurğulayıb: Son bir il yarım ərzində Avropa tərəfinin İran İslam Respublikasına qarşı həyata keçirdiyi düşmənçilik xarakterli və qeyri-qanuni addımlar Avropa diplomatiyası üçün utanc ləkəsi olub və onlar fırıldaqçılar kimi aldadıcı üsullardan istifadə ediblər.
TASS xəbər agentliyi yazır: Sergey Lavrov İran televiziyasına müsahibəsində bildirib: Avropalılar son bir il yarım ərzində Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) dayandırılmasını İranın üzərinə atmağa çalışıblar. Halbuki İran bu sənədi heç vaxt pozmayıb. ABŞ isə 2018-ci ildə bəyan edib ki, artıq BMT Təhlükəsizlik Şurasının bu qərarına əməl etmir.O qeyd edib: Hazırda İranla bağlı məsələdə bütün qlobal nizam ciddi sınaq qarşısındadır. İran məsələsində bu razılaşma ABŞ tərəfindən faktiki olaraq kənara atıldı, bundan sonra Qərb, xüsusilə də avropalılar Vaşinqtonun səhv siyasətini davam etdirərək İranı BHFP-ni icra etməməkdə ittiham etməyə başladılar.Rusiya İranın yanında dayanacaqmı?Rusiya xarici işlər naziri İranın 12 günlük müharibədən də genişmiqyaslı bir münaqişəyə cəlb olunacağı təqdirdə Rusiyanın onun yanında dayanıb-dayanmayacağı ilə bağlı suala cavabında deyib:Biz İranla strateji tərəfdaşlıq müqaviləsinə malikik və daim Tehranı dəstəkləmək, İran İslam Respublikasının qanuni hüquqlarını müdafiə etmək istiqamətində fəaliyyət göstərəcəyik.Lavrov əlavə edib: İran son aylarda dəfələrlə açıq şəkildə bəyan edib ki, müharibə istəmir, yeni qarşıdurmalarda maraqlı deyil və bütün problemləri dialoq yolu ilə həll etməyə üstünlük verir. Bir daha vurğulayıram ki, biz İran İslam Respublikasının suveren və qanuni hüquqlarına hörmət prinsipi əsasında bu mövqeyi dəstəkləyirik.Rusiya XİN rəhbəri bəzi Qərb analitiklərinin “Rusiya ilə ABŞ arasında münasibətlər yaxşılaşarsa, Moskva İranı tərk edəcək” fikirlərinə cavab olaraq deyib:Bu, yalandır. Qoy heç olmasa bir nümunə göstərsinlər ki, biz hər hansı bir ölkə ilə – istər nə qədər böyük və güclü olsun – münasibətlər naminə başqa bir ölkəyə və ya köhnə dostumuza xəyanət etmişik.O əlavə edib: Təəssüf ki, ölkəmizin tarixində belə bir xəyanət olub. Lakin bu, Sovet Sosialist Respublikaları İttifaqı dövrünə təsadüf edir. Həmin vaxt Almaniya Demokratik Respublikası faktiki olaraq Almaniya Federativ Respublikasına təhvil verildi. Bu, SSRİ tərəfindən müttəfiqinə qarşı yol verilmiş bir səhv və xəyanət idi. Təxminən yarım milyon hərbçi heç bir kompensasiya olmadan geri çəkildi və vahid Almaniyanın şərq hissəsində mövcudluğu qorumaq imkanı nəzərə alınmadı. Biz bütün bunları xatırlayırıq. Eyni zamanda, o dövrdə Qərbi Almaniya hakimiyyətləri də ciddi səhvə yol verdilər – şərq bölgəsini əldə etdikdən sonra öz vətəndaşlarına ikinci dərəcəli insanlar kimi yanaşdılar.Rusiya xarici işlər naziri müsahibənin digər hissəsində bildirib: İsrailin, daha sonra isə ABŞ-nin İrana qarşı həyata keçirdiyi və heç bir beynəlxalq hüquqi əsas və legitimliyə malik olmayan hücumlar Moskva tərəfindən pislənib.Lavrov qeyd edib: Biz İran İslam Respublikasının bu vəziyyətdən çıxmaq üçün göstərdiyi səyləri, o cümlədən Beynəlxalq Atom Enerji Agentliyi ilə və ümumilikdə Qərblə münasibətlərdə atılan addımları dəstəkləməyə hazırıq. Biz Tehranın mövqeyini anlayırıq. Prezident Vladimir Putin dəfələrlə cənab Pezeşkiana və onun nümayəndələrinə bildirib ki, Rusiya İran rəhbərliyinin ölkənin və İran xalqının maraqları naminə seçdiyi mövqeni dəstəkləyəcək.Qrossinin hesabatı kifayət qədər neytral olmayıbLavrov müsahibənin digər hissəsində Beynəlxalq Atom Enerji Agentliyinin İranla bağlı hesabatına toxunaraq deyib:Agentlik tərəfindən dərc olunan hesabat kifayət qədər neytral xarakter daşımırdı və orada incə, lakin mübahisəli məqamlar yer almışdı.O vurğulayıb: Cənab Qrossi bunun tam şəkildə səlahiyyətləri çərçivəsində olduğunu izah edirdi. Lakin xatırlatmaq lazımdır ki, avropalılar – fransızlar, almanlar və ingilislər bu hesabatı böyük həvəslə əsas kimi qəbul etdilər. Məhz həminhesabat anti-İran qətnaməsinin təqdim edilməsi üçün baza rolunu oynadı və nəticədə Agentliyin bu tip hesabatları sanksiyaların geri qaytarılması mexanizminin işə salınmasında istifadə olundu.