İran Kanada Hərbi Dəniz Qüvvələrini terror təşkilatı elan edib
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Kanada hökumətinin qeyri-qanuni qərarına cavab olaraq bu ölkənin Hərbi Dəniz Qüvvələrini (Royal Canadian Navy) ABŞ tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə qarşı qarşılıqlı tədbirlər haqqında qanuna və onun müddəalarına aid edib və bu əsasda qarşılıqlı tədbir çərçivəsində həmin qüvvəni terror təşkilatı kimi tanıyıb.
Xarici İşlər Nazirliyi Kanadanın 19 iyun 2024-cü il tarixində İran İslam Respublikasının silahlı qüvvələrinin bir hissəsinin terror təşkilatı kimi tanınması ilə bağlı qeyri-qanuni qərarına qarşı görülən qarşılıqlı tədbirlərə dair yaydığı bəyanatda bildirib ki, Kanada hökuməti beynəlxalq hüququn əsas prinsiplərinə zidd olaraq, ölkənin rəsmi silahlı qüvvələrinin əsas sütunlarından biri hesab edilən İslam İnqilabı Keşikçiləri Korpusunu terror qurumu kimi təqdim edib.Bəyanatda qeyd olunub ki, İran İslam Respublikası dövləti qarşılıqlı tədbirlər prinsipi əsasında və 2019-cu ildə qəbul edilmiş “ABŞ tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə qarşı qarşılıqlı tədbirlər haqqında” qanunun 7-ci maddəsinə istinad edərək – həmin maddəyə əsasən, “ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı elan etməsi ilə bağlı qərarını istənilən formada dəstəkləyən və ya ona tabe olan bütün ölkələr qarşılıqlı tədbirlərə məruz qalır – Kanada Hərbi Dəniz Qüvvələrini (Royal Canadian Navy) sözügedən qanunun əhatə dairəsinə aid hesab edir və bu səbəbdən qarşılıqlı tədbir çərçivəsində onu terror təşkilatı kimi tanıyıb.