Əraqçi İran və Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin inkişafını vurğulayıb
https://parstoday.ir/azeri/news/iran-i13540-Əraqçi_İran_və_azərbaycan_respublikası_arasında_hərtərəfli_əlaqələrin_inkişafını_vurğulayıb
 Xarici işlər naziri Bakıda İran səfiri ilə görüşdə Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələrin davamlı olaraq möhkəmləndirilməsi və inkişafı yolu ilə mehriban qonşuluq yanaşmasının effektiv şəkildə irəlilədiyini vurğuladı.
(last modified 2026-01-12T07:25:54+00:00 )
Yan 04, 2026 13:03 Asia/Baku
  • Əraqçi İran və Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin inkişafını vurğulayıb

 Xarici işlər naziri Bakıda İran səfiri ilə görüşdə Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələrin davamlı olaraq möhkəmləndirilməsi və inkişafı yolu ilə mehriban qonşuluq yanaşmasının effektiv şəkildə irəlilədiyini vurğuladı.

 

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşdü və söhbət etdi.Bu görüşdə ölkəmizin səfiri Xarici İşlər nazirinin Bakıya son səfərindən sonra ikitərəfli münasibətlərin son vəziyyəti barədə ətraflı hesabat təqdim etdi.Xarici işlər naziri Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmiləri ilə konstruktiv görüşlərinə toxunaraq, Azərbaycan Respublikası ilə hərtərəfli əlaqələrin davamlı olaraq möhkəmləndirilməsi və inkişafı, eləcə də iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə məsləhətləşmələrin genişləndirilməsi yolu ilə mehriban qonşuluq yanaşmasının effektiv şəkildə irəlilədiyini vurğuladı.