Ordu: Milli maraqlar və ümumi əmlakı var qüvvəmizlə qoruyacağıq
İran İslam Respublikası Ordusu bəyanat yayaraq düşmən qarşısında xalqın vəhdəti, birliyi və ayıq-sayıqlığı qorumasını vacib sayıb və bildirib: Düşmənin regiondakı hərəkətlərini diqqətlə izləməklə yanaşı, milli mənafe, ölkənin strateji infrastrukturunu və ümumi əmlakı var gücümüzlə qoruyacağıq və istənilən fitnə ilə ciddi mübarizə aparacağıq.
Bəyanatda deyilir: Böyük İran xalqı əzəmətli İslam İnqilabı ilə qarətçi və cinayətkar Amerikanın əlini İran ərazisindən kəsdi və Qərbə bağlı satılmış, zalım və asılı ünsürləri ölkədən çıxartdı. Ötən 47 il ərzində Amerikanın təcavüzkar və şeytansifət dövləti müxtəlif planlar və hiylələrlə İran xalqı və dövləti üzərində hakimiyyətini bərpa etməyə çalışıb. Bu gün də düşmən yeni bir fitnə ilə cinayətkar və uşaq qatili olan sionist rejimin dəstəyi və himayəsi ilə, habelə terrorçu və düşmən qruplar vasitəsilə şəhərlərdə nizam-intizamı və asayişi pozmağa və ölkədə ümumi təhlükəsizliyə zərbə vurmağa çalışırlar.
Ordu öz bəyanatında bildirib: 12 günlük müharibədə əli böyük İran xalqının qanına bulanmış düşmən, İran xalqını dəstəkləmək adlı yalançı iddia ilə növbəti fitnə və hiyləni həyata keçirməyə çalışır. İran İslam Respublikası Ordusu İranın qeyrətli və agah xalqından istəyir ki, ayıq-sayıqlığı və milli rasionallığı qorumaqla düşmənin fitnələrini puç etsin və milli vəhdət və birliyi qorumaqla düşməni öz nəhs hədəflərinə və planlarına çatmaqda nakam qoysunlar.
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin tabeliyində olan ordu başqa silahlı qüvvələrlə birgə öz əsl vəzifələri çərçivəsində tam həssaslıqla düşmənin regiondakı hərəkətləri diqqətlə izləməklə yanaşı, milli mənafe, ölkənin strateji infrastrukturunu və ümumi əmlakı var gücü ilə qoruyacaq və istənilən fitnə ilə ciddi mübarizə aparacaq.