Britaniya səfiri XİN-ə çağırılıb
https://parstoday.ir/azeri/news/iran-i13566-britaniya_səfiri_xİn_ə_çağırılıb
 İran İslam Respublikasının Londondakı səfirliyinə yenidən hücum edilməsindən sonra İngiltərənin Tehrandakı səfiri növbəti dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2026-01-17T05:40:39+00:00 )
Yan 13, 2026 16:23 Asia/Baku
  • Britaniya səfiri XİN-ə çağırılıb

 İran İslam Respublikasının Londondakı səfirliyinə yenidən hücum edilməsindən sonra İngiltərənin Tehrandakı səfiri növbəti dəfə Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Ölkəmizin Londondakı səfirliyinə aqressiv şəxslərin hücum etməsindən sonra İngiltərənin Tehrandakı səfiri növbəti dəfə Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-nin Qərbi Avropa üzrə direktoru Əlirza Yusifi bu beynəlxalq hüquqa zidd addımı pisləyərək ölkəmizin səfirliyinin qorunmasında Britaniyanın lazımi tədbirləri görmədiyinə görə İran İslam Respublikasının ciddi etirazını ona çatdırıb.

İngiltərə səfiri Londondakı İran İslam Respublikası səfirliyinə cinayətkar ünsürlərin hücumu nəticəsində İran bayrağının təhqir edilməsinə görə üzr istəyərək bildirdi ki, tabe olduğu dövlət bu hadisənin təkrarlanmasının qarşısını almaq üçün bütün tədbirləri görəcək.