Pakistanın müdafiə naziri: İranın asayişi və suverenliyi bizim səmimi istəyimizdir
Pakistanın müdafiə naziri nizamı dəstəkləmək və silahlı iğtişaşçıları pisləmək məqsədilə 12 yanvarda İranın müxtəlif şəhərlərində geniş xalq yürüşünə münasibət bildirərək X sosial şəbəkəsində yazıb: İran həmişə bizim əziz qonşu və qardaş ölkəmiz olub və onun asayişi və suverenliyi bizim səmimi istəyimizdir.
Xacə Məhəmməd Asif Mərakeşə rəsmi səfəri zamanı X sosial şəbəkəsində İran xalqının əzəmətli toplantısı görüntülərini öz rəsmi hesabında paylaşıb.
O, xaricdə oturub İranda səltənət ardınca olan axmaqların rəftarını pisləyərək yazıb: İran İslam Respublikası bizim qədim və əbədi qonşumuz və əziz qardaşımızdır.
Pakistanın müdafiə naziri vurğuladı: İranın asayişi, milli suverenliyi və müstəqilliyi həmişə bizim üçün mühümdür.