Əraqçi: İsrail, iftixarla iranlı iğtişaşçıları silahla təmin etdiyini bildirir
https://parstoday.ir/azeri/news/iran-i13580-Əraqçi_İsrail_iftixarla_iranlı_iğtişaşçıları_silahla_təmin_etdiyini_bildirir
Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, sosial şəbəkədə paylaşdığı mesajda yazıb: İsrail açıq şəkildə və iftixarla deyir ki, iğtişaşçıları hərbi silahlarla biz təmin etmişik və bu, yüzlərlə insanın ölümünə səbəb olub. ‌
(last modified 2026-01-17T05:34:57+00:00 )
Yan 15, 2026 20:53 Asia/Baku
  • Əraqçi: İsrail, iftixarla iranlı iğtişaşçıları silahla təmin etdiyini bildirir

Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, sosial şəbəkədə paylaşdığı mesajda yazıb: İsrail açıq şəkildə və iftixarla deyir ki, iğtişaşçıları hərbi silahlarla biz təmin etmişik və bu, yüzlərlə insanın ölümünə səbəb olub. ‌

 

Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, özünün X sosial şəbəkəsində yazdığı mesajda qeyd edib: İsrail həmişə çalışıb ki, ABŞ-ni öz əvəzinə müharibəyə cəlb etsin, lakin bu dəfə çox qəribə halda özünün pünhan əməllərini açıq-aşkar car çəkdi.‌O, əlavə edib: İndi ki, bizim küçələrimiz qana bulanıb, İsrail də açıq şəkildə və iftixarla deyir ki, etirazçıları hərbi silahlarla biz təmin etmişik və bu, yüzlərlə insanın ölümünə səbəb olub. Artıq, ABŞ prezidenti qanın axıdılmasının qarşısını almaq üçün hara müraciət etməli olduğunu bilməlidir.