Əraqçi: Həmişə danışıqlara hazırıq və bunu son 20 ildə sübut etdik
İslam İran Respublikasının Xarici İşlər Naziri Seyid Abbas Əraqçi, Amerikanın media orqanı ilə müsahibəsində deyib: İran həmişə danışıqlar və diplomatik münasibətlərə hazır olmuşdur və bu, son 20 il ərzində sübut edilmişdir.
Əraqçi Amerikanın Fox News kanalına verdiyi müsahibəsində əlavə edib: Baxmayaraq ki, Vaşinqtonla müsbət təcrübəmiz yoxdur, lakin diplomatiya müharibədən daha yaxşıdır.
O, qeyd edib: Həmişə diplomatik yolların əvəzinə müharibəni seçən Amerika olmuşdur.
Əraqçi son hadisələr barədə deyib: Terorçuların insanlara atəş açmasının səbəbi, onların Trampı müharibəyə cəlb etmək istəməsindən irəli gəlirdi.
O, əlavə edib: İsrail, Amerikanın bu rejim əvəzinə İranla müharibəyə daxil olması üçün çalışır və bu, Tel-Əvivin gizli hədəfi indi aşkara çıxıb.
Əraqçi əlavə etdi: Qarşıdurmanın qızışdırılmasının bütün tərəflərə ağır nəticələri olacaq.