İran xalqı iqtisadi çətinliklərə baxmayaraq, düşmənin planlarına qarşı çıxdı
Strateji Xarici Əlaqələr Şurası öz bəyanatında vurğulayıb: Bazar ertəsi günü İran xalqının milyonluq yürüşü sübut etdi ki, iqtisadi çətinliklərə baxmayaraq, xarici düşmənlərin mənfur planlarına qarşı möhkəm dayanaraq öz ölkələrini qoruyacaqlar.
Strateji Xarici Əlaqələr Şurası, öz bəyanatında İran xalqı milyonluq yürüşü ilə düşmənin qarşısında dayandığına görə təşəkkür edərək şəhid olanların ailələrinə başsağlığı verib.Bəyanatda davamında deyilir: Yenə də, İranın mömin və vəfadar xalqı göstərdi ki, düşmənlərin mənfur planlarına qarşı çıxmaqla həmişə səhnədə olaraq öz amallarından müdafiə edəcəklər. Milli hakimiyyət, ərazi bütövlüyü və milli maraqlar təhlükəyə düşərsə, İranlılar dünyanın ən fədakar xalqına çevrilir.