İran və Pakistan xarici işlər nazirləri arasında regionla bağlı telefon danışdı olub
Yan 17, 2026 15:42 Asia/Baku
Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İran İslam Respublikasının xarici işlər naziri ilə telefon danışığında regionla bağlı fikir mübadiləsi aparıb.
İslamabad hökumətinin diplomatik mərkəzinin qısa bəyanatında bildirilir: Onlar İranın hazırkı vəziyyəti və regionda baş verən mühüm məsələlər barədə müzakirələr aparıblar.Bəyanatın davamında qeyd olunur: Pakistanın baş nazirinin müavini sülh və sabitliyin davamlılığına ümid etdiyini və hər iki tərəfə maraqlı olan məsələlər üzrə ikitərəfli müzakirələri davam etdirməyə razı olduqlarını bildirib.
Teqlər