Vilayəti: ABŞ və sionist rejimlə mübarizə daha ciddi şəkildə davam edəcək
https://parstoday.ir/azeri/news/iran-i13628-vilayəti_abŞ_və_sionist_rejimlə_mübarizə_daha_ciddi_şəkildə_davam_edəcək
Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri İrandakı son hadisələrə toxunaraq bildirib: İlahi lütf sayəsində bu sui-qəsd zərərsizləşdirildi, lakin Sionist rejim və ABŞ-yə qarşı mübarizə daha ciddi qətiyyətlə davam etdiriləcək.
(last modified 2026-01-27T11:23:33+00:00 )
Yan 20, 2026 14:24 Asia/Baku
  • Vilayəti: ABŞ və sionist rejimlə mübarizə daha ciddi şəkildə davam edəcək

Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri İrandakı son hadisələrə toxunaraq bildirib: İlahi lütf sayəsində bu sui-qəsd zərərsizləşdirildi, lakin Sionist rejim və ABŞ-yə qarşı mübarizə daha ciddi qətiyyətlə davam etdiriləcək.

 

Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti İraqın görkəmli siyasi simalarından olan Nuri əl-Maliki ilə telefon danışığında bölgədəki və beynəlxalq müstəvidəki ən mühüm hadisələr, o cümlədən İraq və İran arasındakı münasibətlər barədə fikir mübadiləsi aparıb.Vilayəti bu söhbət zamanı İrandakı son prosesləri şərh edərək Malikiyə deyib: "Şübhəsiz ki, İrandakı son hadisələrdən və Ali Rəhbərin bu barədəki aydın mövqeyindən xəbərdarsınız. O, ABŞ-nin bu hadisədə İran xalqı tərəfindən məğlub edilməsini həmin ölkənin və Sionist rejimin 12 günlük müharibədəki əvvəlki uğursuzluqlarının davamı kimi qiymətləndirib. Həmçinin vurğulayıb ki, düşmən geniş hazırlıqlar görərək bu sui-qəsdi daha böyük hədəflər üçün başlatmışdı, lakin İran xalqı onu boşa çıxardı. Bununla belə, bu kifayət deyil və ABŞ öz əməllərinə görə cavab verməlidir".