İranın Fransadakı səfiri: Zorakı hərəkətləri mülki etiraz çərçivəsində xarakterizə etmək olmaz ‌
https://parstoday.ir/azeri/news/iran-i13630-İranın_fransadakı_səfiri_zorakı_hərəkətləri_mülki_etiraz_çərçivəsində_xarakterizə_etmək_olmaz
İran İslam Respublikasının Fransadakı səfiri qanuni etirazlarla zorakı hərəkətlər arasındakı fərqi vurğulayaraq bildirib: Xalqın iqtisadi və sosial tələbləri ilk gündən rəsmi şəkildə tanınıb və ölkə rəsmiləri tərəfindən bu tələblərin cavablandırılması üçün zəruri tədbirlər görülüb. Lakin xaricdən təhrik edilən şübhəli ünsürlərin müdaxiləsi bəzi toplaşmaların mahiyyətinin dəyişməsinə və qeyri-sabitliyin yaranmasına səbəb olub.
(last modified 2026-01-21T10:11:01+00:00 )
Yan 21, 2026 13:48 Asia/Baku
  • İranın Fransadakı səfiri: Zorakı hərəkətləri mülki etiraz çərçivəsində xarakterizə etmək olmaz ‌

İran İslam Respublikasının Fransadakı səfiri qanuni etirazlarla zorakı hərəkətlər arasındakı fərqi vurğulayaraq bildirib: Xalqın iqtisadi və sosial tələbləri ilk gündən rəsmi şəkildə tanınıb və ölkə rəsmiləri tərəfindən bu tələblərin cavablandırılması üçün zəruri tədbirlər görülüb. Lakin xaricdən təhrik edilən şübhəli ünsürlərin müdaxiləsi bəzi toplaşmaların mahiyyətinin dəyişməsinə və qeyri-sabitliyin yaranmasına səbəb olub.

 

Məhəmməd Əminnejad ilk günlərdə etirazların qanuni və qəbuledilən mahiyyət daşıdığına diqqət çəkərək əlavə edib: Prezident və hətta Ali Rəhbər bu tələbləri tanıyıb, problemlərin araşdırılması və əyalətlər səviyyəsində dialoqun aparılması üçün lazımi göstərişlər verilib. Lakin sonradan bəzi hərəkətlər xarici müdaxilə və yönləndirmə nəticəsində öz məcrasından çıxarılıb.