İranın Fransadakı səfiri: Zorakı hərəkətləri mülki etiraz çərçivəsində xarakterizə etmək olmaz
İran İslam Respublikasının Fransadakı səfiri qanuni etirazlarla zorakı hərəkətlər arasındakı fərqi vurğulayaraq bildirib: Xalqın iqtisadi və sosial tələbləri ilk gündən rəsmi şəkildə tanınıb və ölkə rəsmiləri tərəfindən bu tələblərin cavablandırılması üçün zəruri tədbirlər görülüb. Lakin xaricdən təhrik edilən şübhəli ünsürlərin müdaxiləsi bəzi toplaşmaların mahiyyətinin dəyişməsinə və qeyri-sabitliyin yaranmasına səbəb olub.
Məhəmməd Əminnejad ilk günlərdə etirazların qanuni və qəbuledilən mahiyyət daşıdığına diqqət çəkərək əlavə edib: Prezident və hətta Ali Rəhbər bu tələbləri tanıyıb, problemlərin araşdırılması və əyalətlər səviyyəsində dialoqun aparılması üçün lazımi göstərişlər verilib. Lakin sonradan bəzi hərəkətlər xarici müdaxilə və yönləndirmə nəticəsində öz məcrasından çıxarılıb.