Əraqçi: Avropa İttifaqının hazırkı problemi keçmiş siyasətlərin bumeranq effektidir
https://parstoday.ir/azeri/news/iran-i13636-Əraqçi_avropa_İttifaqının_hazırkı_problemi_keçmiş_siyasətlərin_bumeranq_effektidir
İranın Xarici İşlər naziri Avropa İttifaqının mövcud çətinliyinin məhz "əks effekt" (bumeranq effekti) adlanan problem olduğunu vurğulayaraq izah edib: "Prezident Tramp birinci prezidentlik dövründə İranla nüvə sazişini birtərəfli qaydada ləğv edərkən, Avropa "üçlüyü" (E3) və Avropa İttifaqı tam bir qətiyyətlə ona tabe oldular, hətta ona kömək etdilər. Bunu edərkən onlar bugünkü nəticələri də nəzərə almalı idilər".
(last modified 2026-01-21T10:10:59+00:00 )
Yan 21, 2026 14:09 Asia/Baku
  • Əraqçi: Avropa İttifaqının hazırkı problemi keçmiş siyasətlərin bumeranq effektidir

İranın Xarici İşlər naziri Avropa İttifaqının mövcud çətinliyinin məhz "əks effekt" (bumeranq effekti) adlanan problem olduğunu vurğulayaraq izah edib: "Prezident Tramp birinci prezidentlik dövründə İranla nüvə sazişini birtərəfli qaydada ləğv edərkən, Avropa "üçlüyü" (E3) və Avropa İttifaqı tam bir qətiyyətlə ona tabe oldular, hətta ona kömək etdilər. Bunu edərkən onlar bugünkü nəticələri də nəzərə almalı idilər".

 

Bu hadisələrdən aydın və aşkar bir dərs çıxarmaq olar: ya "bütün sövdələşmələr qüvvədədir", ya da "əl sıxmağın heç bir etibarı yoxdur". Bu məsələ bu qədər bəsitdir və ikinci halın nəticəsi beynəlxalq düzənin süqutundan başqa bir şey olmayacaq. Bunun bariz nümunəsi cənab Trampın Qrenlandiyanı hər hansı yolla ələ keçirmək təhdididir ki, bu, beynəlxalq hüquq və ya hətta "qaydalara əsaslanan düzən" baxımından tamamilə qeyri-qanuni olsa da, Avropa buna layiqdir.