Tehran öz müdafiə doktrinasını çəkindiricilik və müdafiə gücünə əsaslanan sülh üzərində qurub
İran İslam Respublikasının Fransadakı səfiri Məhəmməd Əminnejad, Paris Geosiyasət Akademiyasında keçirilən "Bugünkü İran: daxili dinamika və regional mühit" adlı iclasda Tehranın daxili proseslərə, regional mövqeyinə və keçid dövründə olan dünya nizamında İranın yerinə baxışını şərh edib.
İran səfiri ölkənin demoqrafik və sosial dəyişikliklərinə toxunaraq, bugünkü İranı gənc, təhsilli və geniş insan kapitalına malik bir cəmiyyət kimi xarakterizə edərək deyib: Sosial və etnik rəngarənglik böhran əlaməti deyil, əksinə, mülki yetkinliyin və inkişaf üçün daxili potensialın göstəricisidir.
O vurğulayıb ki, İran iqtisadiyyatı idxaldan asılı olmaqdansa, daha çox yerli istehsal qabiliyyətinə, daxili biliyə və insan kapitalına söykənir.
Məhəmməd Əminnejad çıxışının digər hissəsində İranın Şərqlə Qərb, Şimalla Cənub arasında həyati əhəmiyyətli bir keçid məntəqəsi kimi geosiyasi mövqeyinə toxunaraq xatırladıb ki, İran tarix boyu öz coğrafiyasına görə ağır bədəllər ödəyib; dünya müharibələrindəki işğallardan tutmuş, inkişaf yolunu ləngidən xarici müdaxilələrə qədər. Bununla belə, onun sözlərinə görə, bugünkü İran dinamik istehlak bazarıına söykənərək, strateji resurslar və qabaqcıl texnologiyalara olan ehtiyaca əsasən iqtisadi və regional əməkdaşlıq yolunu açıq saxlayıb.