Bu həftə Azərbaycan ilə BƏƏ arasında birgə hərbi təlim keçiriləcək
https://parstoday.ir/azeri/news/iran-i13664-bu_həftə_azərbaycan_ilə_bƏƏ_arasında_birgə_hərbi_təlim_keçiriləcək
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaydığı bəyanatda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrinin iştirakı ilə «Sülh Qalxanı – 2026» adlı birgə hərbi təlimin Abu-Dabidə keçiriləcəyini açıqlayıb.
(last modified 2026-01-31T12:29:48+00:00 )
Yan 31, 2026 16:28 Asia/Baku
  • Bu həftə Azərbaycan ilə BƏƏ arasında birgə hərbi təlim keçiriləcək

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaydığı bəyanatda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri silahlı qüvvələrinin iştirakı ilə «Sülh Qalxanı – 2026» adlı birgə hərbi təlimin Abu-Dabidə keçiriləcəyini açıqlayıb.

 

Şənbə günü Trend agentliyində dərc olunan bəyanatda bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə BƏƏ Silahlı Qüvvələrinin iştirak edəcəyi əməliyyat-taktiki xarakterli «Sülh Qalxanı – 2026» təliminin hazırlıq mərhələsi hazırda davam edir.Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlim çərçivəsində dağlıq ərazilərdə fəaliyyət göstərən qanunsuz silahlı qrupların aşkar edilərək zərərsizləşdirilməsi, quldurların və ya şərti düşmənin nəzarətində olan gəminin geri alınması, terrorçu elementlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, sıx məskunlaşmış ərazilərdə ictimai təhlükəsizliyi təhdid edən üsyan və diversiya fəaliyyətlərinin qarşısının alınması, eləcə də yanğınların söndürülməsi üzrə əməliyyatların icrası nəzərdə tutulur.