Pezeşkian: Nüvə məsələlərində məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində göstərilən hüquqlardır
Fev 08, 2026 15:53 Asia/Baku
Prezident X sosial şəbəkəsindəki mesajında regiondakı dost hökumətlərin izləməsi ilə keçirilən İran-ABŞ danışıqlarına toxunaraq yazıb: Bu danışıqlar irəliyə doğru bir addım idi.
Dialoq həmişə sülh yolu ilə həll strategiyamız olub. Nüvə məsələlərində məntiqimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində göstərilən hüquqlardır. İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, lakin zorbalıq dilinə dözmür.
Teqlər