Lari‌cani: Nüvə məsələsindən başqa ABŞ-lə heç bir mövzuda danışıqlar aparılmır
https://parstoday.ir/azeri/news/iran-i13694-lari_cani_nüvə_məsələsindən_başqa_abŞ_lə_heç_bir_mövzuda_danışıqlar_aparılmır
Əli Lari‌cani, Oman televiziyasına müsahibəsində bildirib ki, İran yalnız nüvə məsələsi üzrə ABŞ-lə danışıqlar aparır.
(last modified 2026-02-11T10:43:25+00:00 )
Fev 11, 2026 10:42 Asia/Baku
  • Lari‌cani: Nüvə məsələsindən başqa ABŞ-lə heç bir mövzuda danışıqlar aparılmır

Əli Lari‌cani, Oman televiziyasına müsahibəsində bildirib ki, İran yalnız nüvə məsələsi üzrə ABŞ-lə danışıqlar aparır.

 

Onun sözlərinə görə, Amerika tərəfi də danışıqların nüvə mövzusu ətrafında olmalı olduğu qənaətinə gəlib.Əgər ABŞ-nin narahatlığı İranın nüvə silahına yönəlməməsidirsə, bu məsələ həll edilə biləndir.İran dəfələrlə bəyan edib ki, danışıqlar realist olarsa, mövqeyi mənfi deyil və dialoqa hazırdır.Keçmişdə danışıqlar davam etdirilirdi, lakin prosesi dəyişən ABŞ oldu.Digər tələblərin gündəmə gətirilməsi və bunun danışıqların iflasına aparması dialoq yolunu çətinləşdirir.Qarşı tərəflərin əsas səhvi problemlərin təzyiq və zor dili ilə həll edilə biləcəyini düşünmələri olub; bu yanaşma danışıqlarda ciddi problemlər yaradıb.