Möhsən Rzai: İran həm müdafiəyə, həm də ədalətli danışıqlara hazırdır
Fev 11, 2026 16:23 Asia/Baku
İranın Məsləhət Şurasının üzvü Möhsün Rzayi bildirib: İran xalqı həm özünü müdafiə etməyə, həm də ədalətli və insaflı danışıqlara hazırdır.
Möhsün Rzayi çərşənbə günü İsfahan şəhərində, "Nəqşe Cahan" meydanında keçirilən 22 Bəhmən yürüşündə çıxışı zamanı deyib: Bu gündən etibarən Trampa elan edirik ki, İran xalqı həm müdafiəyə, həm də ədalətli və insaflı danışıqlara hazırdır.O əlavə edib: ABŞ danışıqlar yolunu seçməlidir, lakin bilməlidir ki, bu dəfə müharibə başlayarsa, atəşkəs olmayacaq.Möhsün Rzayi qeyd edib: Düşmənlərin ən böyük səhvi İran xalqının nəcibliyini zəiflik kimi qiymətləndirmələridir və beləliklə girdikləri bataqlıqdan necə çıxacaqlarını bilmirlər.
Teqlər