Prezident 22 Bəhmən yürüşündə xalqın coşqulu və məsuliyyətli iştirakına görə təşəkkür edib
https://parstoday.ir/azeri/news/iran-i13716-prezident_22_bəhmən_yürüşündə_xalqın_coşqulu_və_məsuliyyətli_iştirakına_görə_təşəkkür_edib
Prezident 22 Bəhmən yürüşündə İran xalqının coşqulu iştirakına görə təşəkkür mesajında bildirib: Sizin bu ayıqlığınız və zamanında mövqe nümayiş etdirməyiniz qarşısında baş əyirəm və sizinlə bağladığım əhdə canım bahasına olsa belə sadiq qalacağam.
(last modified 2026-02-11T12:40:12+00:00 )
Fev 11, 2026 16:38 Asia/Baku
  • Prezident 22 Bəhmən yürüşündə xalqın coşqulu və məsuliyyətli iştirakına görə təşəkkür edib

Prezident 22 Bəhmən yürüşündə İran xalqının coşqulu iştirakına görə təşəkkür mesajında bildirib: Sizin bu ayıqlığınız və zamanında mövqe nümayiş etdirməyiniz qarşısında baş əyirəm və sizinlə bağladığım əhdə canım bahasına olsa belə sadiq qalacağam.

 

Məsud Pezeşkian çərşənbə günü (22 Bəhmən -11 fevral) İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə keçirilən ümummilli tədbirdə ayıq və məsuliyyətli xalqın geniş iştirakına görə təşəkkür edərək, bu mənalı iştirakı dünya ictimaiyyətinə xalqın təslimolmazlığı və hegemon qüvvələr qarşısında dayanıqlığı barədə aydın mesaj kimi qiymətləndirib.O əlavə edib ki, xalqın böyük milli mərasimdə və İslam İnqilabının qələbəsinin 47-ci ildönümünün qeyd olunmasında coşqulu və məsuliyyətli iştirakı həmrəylik, milli bağlılıq və ölkənin gələcəyinə məsuliyyət hissinin parlaq səhnələrini nümayiş etdirdi və bu, xalqa xidmət edən bütün qurumların ölkədə islahatların aparılması və tələblərə cavab verilməsi istiqamətində məsuliyyətini ikiqat artırdı.