İran və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib
https://parstoday.ir/azeri/news/iran-i13718-İran_və_azərbaycan_enerji_sahəsində_əməkdaşlığı_müzakirə_edib
İran və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.
(last modified 2026-02-13T04:56:32+00:00 )
Fev 13, 2026 08:56 Asia/Baku
  • İran və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib

İran və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

İran və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti müzakirə edilib.

İranın Azərbaycandakı səfirliyinin portalına istinadən , bu müzakirələr İranın azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov ilə  görüşü zamanı aparılıb.

Görüşdə iki ölkə arasında energetika sahəsində birgə həyata keçirilən layihələr, onların icra vəziyyəti və gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, yaxın günlərdə Bakıda keçiriləcək İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası mövcud layihələrin icrasının sürətləndirilməsinə də mühüm töhfə verəcək.