İraq İran–ABŞ arasında davam edən diplomatik prosesi dəstəkləyir
Fev 15, 2026 13:32 Asia/Baku
Xarici işlər naziri Seyid Abbas Əraqçi region ölkələrinin XİN rəhbərləri ilə məsləhətləşmələrini davam etdirərək, İraqın xarici işlər naziri Fuad Hüseynlə telefon danışığı aparıb.
Telefon danışığı zamanı regiondakı son proseslər müzakirə olunub və fikir mübadiləsi aparılıb.Xarici işlər naziri region və qonşu ölkələrin, o cümlədən İraqın, regional sülh və sabitliyə göstərdiyi diqqətə görə təşəkkür edib və iranlı-amerikalı tərəflər arasında aparılan dolayı danışıqlarla bağlı son vəziyyət barədə iraqlı həmkarını məlumatlandırıb.
Teqlər