İran və Azərbaycanın beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı vurğulanıb
https://parstoday.ir/azeri/news/iran-i13736-İran_və_azərbaycanın_beyin_mərkəzləri_arasında_əməkdaşlığın_inkişafı_vurğulanıb
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə Bakıdakı Topçubaşov Analitik Mərkəzinin direktoru arasında keçirilən görüşdə Cənubi Qafqazdakı son vəziyyət və ABŞ və sionist rejimin İrana qarşı təhdidləri müzakirə olunub.
(last modified 2026-02-23T08:18:46+00:00 )
Fev 21, 2026 08:47 Asia/Baku
  • İran və Azərbaycanın beyin mərkəzləri arasında əməkdaşlığın inkişafı vurğulanıb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə Bakıdakı Topçubaşov Analitik Mərkəzinin direktoru arasında keçirilən görüşdə Cənubi Qafqazdakı son vəziyyət və ABŞ və sionist rejimin İrana qarşı təhdidləri müzakirə olunub.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "Topçubaşov" Analitik Mərkəzinin direktoru Rusif Hüseynov arasında görüş keçirilib.

Aran Radiosu İranın Azərbaycandakı səfirliyinin portalına istinadən xəbər verir ki, iki ölkənin beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib.

Tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşməsində bu qurumların intellektual potensialından səmərəli istifadə olunmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı son vəziyyət, ABŞ və sionist rejimin İrana qarşı hərbi təhdidləri nəticəsində yaranan gərginlik, eləcə də bu proseslərin regional və beynəlxalq sülh və təhlükəsizliyə mənfi təsirləri ətrafında geniş fikir mübadiləsi aparılıb.