Xarici İşlər Naziri Seyid Abbas Əraqçinin mesajı: Diplomatiyaya üstünlük verilərsə, razılaşma mümkündür
Ölkəmizin xarici işlər naziri yazıb: "Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə qorumaq üçün heç bir şeydən çəkinmərik"
İran ədalətli və bərabərhüquqlu sazişə ən qısa müddətdə nail olmaq üçün Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcək.
Bunu İran Islam Respublikasının xarici işlər naziri seyid Abbas Əraqçi "X"dəki hesabında yazıb.
O, bunu əvvəlki danışıqlar raundunda əldə edilmiş razılaşmalara əsaslanaraq bildirib. "Qarşılıqlı maraqları nəzərə alan və ümumi məqsədlərə nail olunmasını təmin edən misilsiz bir saziş bağlamaq üçün tarixi fürsətimiz var" , - Əraqçi qeyd edib.
Ölkəmizin xarici işlər naziri vurğulayı:b
"Bizim fundamental mövqelərimiz və inanclarımız tamamilə aydındır: İran heç vaxt, heç bir halda nüvə silahı hazırlamağa çalışmayacaq; eyni zamanda, biz iranlılar xalqımız üçün dinc nüvə texnologiyasının faydalarından istifadə etmək hüququmuzdan heç vaxt imtina etməyəcəyik".
Onun sözlərin görə, saziş mümkündür, lakin bunun üçün yalnız diplomatiyaya üstünlük verilməlidir:"Biz sübut etdik ki, suverenliyimizi cəsarətlə qorumaq üçün heç bir şeydən çəkinmərik. Eyni cəsarəti danışıqlar masasında da nümayiş etdiririk, burada istənilən fikir ayrılığının dinc yolla həllinə çalışacağıq".