Pezeşkian: Biz bölgədə təhlükə və gərginlik axtarmırıq
https://parstoday.ir/azeri/news/iran-i13752-pezeşkian_biz_bölgədə_təhlükə_və_gərginlik_axtarmırıq
Pezeşkian: İrəvan və Bakı arasında sülh sazişi regionda təhlükəsizliyi möhkəmləndirəcək.
(last modified 2026-02-25T06:00:20+00:00 )
Fev 25, 2026 08:51 Asia/Baku
  • Pezeşkian: Biz bölgədə təhlükə və gərginlik axtarmırıq

Pezeşkian: İrəvan və Bakı arasında sülh sazişi regionda təhlükəsizliyi möhkəmləndirəcək.

İranın qəti siyasəti davamlı sülh və sabitliyi dəstəkləməkdir və biz heç bir şəkildə təhlükə və gərginlik axtarmırıq, çünki qeyri-sabitlik regiondakı bütün ölkələr üçün zərərli olacaq.

Bunu İran Respublikasının Prezidenti məsud Pezeşkian ötən gün  Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş zamanı bildirib və İran İslam Respublikasının regional inkişaflara prinsipial yanaşmasını vurğulayıb.

Görüş zamanı İran İsalm Respublıkasının Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb.

"Biz xalqların sülh, qarşılıqlı hörmət və dinc şəraitdə yan-yana yaşadıqları bir dünya qurmaq üçün konstruktiv qarşılıqlı əlaqə yolu ilə hərəkət etməliyik", - Pezeşkian deyib.

Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır. O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.

O vurğulayıb ki, İranın siyasəti regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin dəstəklənməsindən ibarətdir və hər hansı sabitliyi pozan hərəkətlər bütün region dövlətlərinə zərər verir.

Öz növbəsində Suren Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edib və qonşu İranla tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb.