Pezeşkian: Cenevrə danışıqları ilə bağlı yaxşı perspektivlərimiz var
Cenevrə danışıqları ilə bağlı yaxşı perspektivlərimiz var
Cenevrədə keçiriləcək danışıqlara toxunan Prezident Məsud Pezeşkian ümid etdiyini bildirib ki, bu danışıqlar ölkəni "nə müharibə, nə də sülh" vəziyyətindən çıxaracaq.
Bu barədə İran tele-radio xəbər agentiliyi xəbər verib.
"Danışıqlarla bağlı yaxşı perspektivlərimiz var və ümid edirik ki, bu proses XIN-ı seyid Abbas Əraqçinin iştirakı ilə Cenevrədə keçiriləcək görüşdə uğurla davam ediləcək", - o bildirib.
Pezeşkianın sözlərinə görə, İran tərəfinin məqsədi ölkəni "nə müharibə, nə sülh" vəziyyətindən çıxarmaqdır.
" Bu yol Ali Liderin rəhbərliyi və göstərişləri ilə idarə olunur. Bu şərtlər yerinə yetirilərsə, iqtisadi münasibətlərin sadələşdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və məhdudiyyətlərin aradan qaldırılması, eləcə də ölkənin inkişaf yolunda daha sürətlə irəliləməsi mümkün olacaq", - M.Pezeşkian vurğulayıb.
Qeyd edək ki, İranla ABŞ arasında danışıqların növbəti raundu bu gün Cenevrədə keçiriləcək.