Əraqçi İranın Naxçıvana mərmi atması ilə bağlı iddiaları təkzib etdi
İranın xarici işlər naziri azərbaycanlı həmkarı ilə telefon danışığında İran tərəfindən Naxçıvan Muxtar Respublikası istiqamətinə hər hansı mərminin atılması barədə xəbərləri qəti şəkildə təkzib edib.
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Ölkəmizin xarici nazir Azərbaycanla "xoş qonşuluq" siyasətinə sadiq olduğunu vurğulayaraq, Tehranın Bakı ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu bildirib.
Əraqçi Naxçıvan Muxtar Respublikasında baş verən partlayışlara toxunaraq, bu hadisədə İranın hər hansı rolunu və əraziyə mərmi atılmasını rədd edib. O, İran Silahlı Qüvvələrinin hazırda məsələ ilə bağlı zəruri təhqiqat apardığını qeyd edib.
Xarici işlər naziri həmçinin ictimai rəyi yayındırmaq və İranın qonşuları ilə münasibətlərinə xələl gətirmək məqsədilə İsrail tərəfindən bu cür insidentlərdəki roluna diqqət çəkib. O, son günlərdə buna bənzər bir neçə təxribat xarakterli cəhdin müşahidə olunduğunu vurğulayıb.
Sonda İranın xarici işlər naziri hadisə nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının yaralanmasından təəssüf hissi keçirdiyini bildirib və onlara tezliklə sağalmağı arzulayıb.