İranın Azərbaycan üzərinə dron buraxması xəbəri təkzib edildi
https://parstoday.ir/azeri/news/iran-i13788-İranın_azərbaycan_üzərinə_dron_buraxması_xəbəri_təkzib_edildi
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycanın üzərinə dron buraxılması iddiasını təkzib edərək bildirib ki, İran İslam Respublikası qonşu ölkələrin suverenliyinə hörmət edir və bu addımı təkzib edir, həmçinin bunu sionist rejimin müsəlman ölkələr arasındakı münasibətləri pozmaq cəhdi kimi qiymətləndirir.
(last modified 2026-03-12T11:38:36+00:00 )
Mart 06, 2026 04:56 Asia/Baku
  • İranın Azərbaycan üzərinə dron buraxması xəbəri təkzib edildi

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycanın üzərinə dron buraxılması iddiasını təkzib edərək bildirib ki, İran İslam Respublikası qonşu ölkələrin suverenliyinə hörmət edir və bu addımı təkzib edir, həmçinin bunu sionist rejimin müsəlman ölkələr arasındakı münasibətləri pozmaq cəhdi kimi qiymətləndirir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib:İran İslam Respublikası bütün ölkələrin, xüsusilə qonşu və müsəlman ölkələrin suverenliyinə hörmət edir və Silahlı Qüvvələrinin Azərbaycan üzərinə dron buraxmasını təkzib edir.Belə əməliyyatlar sionist saxta rejim tərəfindən müsəlman ölkələr arasındakı münasibətləri pozmaq məqsədilə müxtəlif yollarla əvvəlki illərdə də həyata keçirilmişdir və aparılan araşdırmalar göstərir ki, bu xəbər İranı günahlandırmaq məqsədilə hazırlanıb.