Bəqayi: Avropa İttifaqının İrana qarşı sanksiyaları qeyri-əxlaqi və qeyri-qanunidir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Kaya Kallasın açıqlamalarına və İrana qarşı yeni sanksiyaların tətbiqinə reaksiyasını X hesabında belə yazıb:
Bu addım həm qeyri-məntiqlidir, həm də qeyri-əxlaqi və qeyri-qanunidir: Siz İranı BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni özünümüdafiə hüququnu həyata keçirdiyinə, eləcə də ABŞ və İsrail rejiminin amansız və qeyri-qanuni təcavüzünə qarşı müqavimət göstərdiyinə görə cəzalandırmağa çalışırsınız.
Halbuki eyni zamanda soyqırım törədən həmin təcavüzkarları silahlandırır, onları dəstəkləyir və onların hərəkətləri üçün zəmin yaradırsınız.
Belə mövqe beynəlxalq hüququn pozulmasında və dəhşətli cinayətlərdə fəal şəriklikdən başqa bir şey deyil.