İranın əks hücumları genişlənir
https://parstoday.ir/azeri/news/iran-i13814-İranın_əks_hücumları_genişlənir
düşmənin iddiasına baxmayaraq iran silahlı qüvvələri ardıcıl şəkildə raket və PUA-larla Amerika və sionist düşmənə ağır zərbələr endirirlər
(last modified 2026-03-12T08:42:52+00:00 )
Mart 12, 2026 12:38 Asia/Baku
  • İranın əks hücumları genişlənir

düşmənin iddiasına baxmayaraq iran silahlı qüvvələri ardıcıl şəkildə raket və PUA-larla Amerika və sionist düşmənə ağır zərbələr endirirlər

İranın dünya sionist oxuna qarşı ən şiddətli raket hücumları dalğası2026-cı ilin 11 mart tarixində ilkin saatlarda   müharibənin on ikinci günündə — İran “doğru Vəd” əməliyyatının 37-ci dalğasını 3 saatdan artıq davam edən fasiləsiz və gözlənilməz raket atışları ilə həyata keçirdi.

Bu əməliyyat dalğasında ən çox sayda super-ağır Xürrəmşəhr raketləri istifadə olundu və bu raketlər 1.5–2 ton ağırlığında döyüş başlıqları daşıyırdı.

Təl-Əvivin cənubundakı Haela peyk rabitə mərkəzi, Be’er Ya’akovdakı xüsusi hərbi obyektlər, Qərbi Qüds və Hayfa bu əməliyyatın hədəfləri arasında idi və demək olar ki, tamamilə məhv edildi.

İraqın Ərbil şəhərində qalan ABŞ hərbi mövqeləri və Vaşinqton rejiminin Bəhreyndə yerləşən Beşinci Dəniz Bazası da ağır və itkilərlə nəticələnən atəşə tutuldu.

Beynəlxalq hərbi mənbələr bu əməliyyatı böyük bir sürpriz kimi qiymətləndirdi.

Çünki cəmi bir gün əvvəl ABŞ Birləşmiş Qərargah  Komitəsinin sədri Den Keyn iddia etmişdi ki, İranın raket infrastrukturu məhv edilib və ballistik raket buraxılışlarının 90 faiz azaldığını iddia etmişdi.