Bəqayi: Düşmən gah danışıqlardan danışıb, sonra müharibəyə başlaya bilməz
https://parstoday.ir/azeri/news/iran-i13818-bəqayi_düşmən_gah_danışıqlardan_danışıb_sonra_müharibəyə_başlaya_bilməz
 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib: Hərdən danışıqlardan danışmaq, sonra atəşkəs elan etmək və daha sonra yenidən müharibə ilə üzləşmək qəbuledilməzdir.
(last modified 2026-03-14T11:15:15+00:00 )
Mart 12, 2026 15:40 Asia/Baku
  • Bəqayi: Düşmən gah danışıqlardan danışıb, sonra müharibəyə başlaya bilməz

 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib: Hərdən danışıqlardan danışmaq, sonra atəşkəs elan etmək və daha sonra yenidən müharibə ilə üzləşmək qəbuledilməzdir.

 

O deyib ki, hazırda İran üçün əsas məsələ düşmənə göstərməkdir ki, istədiyi vaxt müharibə başlada və istədiyi vaxt atəşkəs elan edə bilməz. Bəqayinin sözlərinə görə, İranın silahlı qüvvələri düşmənə qəti və unudulmaz dərs verməkdə qərarlıdır.İRNA-nın məlumatına görə, Bəqayi hökumətin rəsmi informasiya portalına müsahibəsində İsrail rejimi və ABŞ-nin İrana qarşı hərbi təcavüzünə toxunaraq bildirib: İran bir ildən az müddətdə ikinci dəfə belə vəziyyətlə üzləşir.O qeyd edib ki, İran diplomatik proses çərçivəsində xoş niyyət və ciddi yanaşma ilə danışıqlar aparırdı və görünən odur ki, proses nəticəyə yaxın idi. Bununla belə, İsrail rejiminin ABŞ-nin qərarlarına təsiri və əvvəlki təcrübələr səbəbindən qarşı tərəfin niyyətləri barədə məlumatlı idik, lakin bu prosesin keçirilməsi zəruri idi.XİN sözçüsü bildirib: Danışıqlar yolu sınaqdan keçirilməsəydi, İran xalqı, region və beynəlxalq ictimaiyyət qarşısında ittihamlarla üzləşə bilərdi. Onun sözlərinə görə, belə iddialar irəli sürülə bilərdi ki, İran danışıqlara getməyib və əgər danışıqlar aparılsaydı, ABŞ razı salına və müharibədən qaçmaq mümkün olardı.Bəqayi vurğulayıb ki, hər iki halda danışıqlar davam etdiyi vaxt prosesin başa çatmasına imkan verilməyib və bu hücumlar həyata keçirilib. O əlavə edib ki, bu təcrübələri asanlıqla kənara qoymaq mümkün deyil və vaxtaşırı danışıqlar və atəşkəsdən danışıb sonra yenidən müharibə və hücumlarla üzləşmək qəbul edilə bilməz.