Silahlı qüvvələr düşməni diz çökdürmək üçün Hörmüz boğazını idarə etməyə qərarlıdır
https://parstoday.ir/azeri/news/iran-i13834-silahlı_qüvvələr_düşməni_diz_çökdürmək_üçün_hörmüz_boğazını_idarə_etməyə_qərarlıdır
Həzrət Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandiri bildirib: Silahlı qüvvələr bütün geopolitik imkanlardan, o cümlədən strateji Hörmüz boğazının idarə və nəzarətindən istifadə edərək, İran xalqına və torpaqlarına qarşı təcavüzkar düşmənləri diz çökdürməyə qərarlıdır.
(last modified 2026-03-20T07:16:16+00:00 )
Mart 16, 2026 17:38 Asia/Baku
  •  Silahlı qüvvələr düşməni diz çökdürmək üçün Hörmüz boğazını idarə etməyə qərarlıdır

Həzrət Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının komandiri bildirib: Silahlı qüvvələr bütün geopolitik imkanlardan, o cümlədən strateji Hörmüz boğazının idarə və nəzarətindən istifadə edərək, İran xalqına və torpaqlarına qarşı təcavüzkar düşmənləri diz çökdürməyə qərarlıdır.

 

General-polkovnik Əli Abdullahi 15 mart 2026-cı il tarixində İslami İranının müqavimətli və qürurlu xalqına ünvanladığı mesajında qeyd edib: “Sizin düşmənə qarşı qəhrəman və mənalı mövcudluğunuz, ABŞ və sionist təcavüzkarlarına qarşı misilsiz müqavimətiniz, silahlı qüvvələrimizin və İslam döyüşçülərinin düşməni məğlub etməkdə əzmini daha da çoxaldır.”

 

O əlavə edib: “Silahlı qüvvələr Ali Baş Komandan və Ali Rəhbər Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin göstərişlərinə uyğun, Allaha arxalanaraq və siz dəyərli xalqımızın dəstəyi ilə bütün geopolitik imkanlardan, o cümlədən strateji Hörmüz boğazının idarə və nəzarətindən istifadə edərək təcavüzkar düşmənləri diz çökdürməyə qərarlıdır.”