Pezeşkian: Regionda iğtişaş, qarışıqlıq və terror axtaran tərəf İran deyil, İsraildir
Prezident region ölkələrinə müraciət edərək vurğulayıb: İnanın, bilin və siz də bilirsiniz ki, regionda iğtişaşlara, qarışıqlığa, soyqırımına, terrora və təxribatlara səbəb olan məhz İsraildir.
Məsud Pezeşkian Novruz münasibətilə müraciətində bildirib: Bu il iki mübarək hadisə yanaşı baş verir; biri Novruz bayramı, digəri isə Ramazan bayramıdır.
Prezident əlavə edib: Biz müsəlman ölkələri ilə aramızda ixtilaf olmasını istəmirik. Biz islam ölkələri ilə münaqişə və müharibə axtarmırıq. Onlar bizim qardaşlarımızdır. Yaranmış bu ixtilaf isə xəyanətkar bir düşmənin davranış və siyasəti nəticəsində meydana gəlib və o, müsəlmanlar arasında problem yaratmağa çalışır.
Pezeşkian əlavə edib: Mübarək Ramazan ayında heç bir səbəb və məntiq olmadan bizim əziz Rəhbərimizi şəhid etdilər. Heç bir səbəb və məntiq olmadan komandirlərimizi, nazirlərimizi və xalqımızı – o cümlədən məktəbdə olan 168 günahsız uşağı – şəhid etdilər.
Prezident deyib: Əziz qonşularımız, İranın ətrafında yerləşən ölkələr, siz bizim qardaşlarımızsınız. Münasibətlərimizdə yaranmış problemlər və zədələr barədə duamız budur ki, Allah kömək etsin və bu ixtilaflar aradan qalxsın. Biz sizinlə bütün problemləri həll etməyə hazırıq.
O bildirib: Regionda sülh və sabitliyin yaradılması üçün təklifimiz budur ki, Yaxın Şərqdə müsəlman ölkələrinin iştirakı ilə bir təhlükəsizlik strukturu formalaşdırılsın və bu qurum regionda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etsin.
Prezident əlavə edib: Regionda xarici qüvvələrin varlığına ehtiyac yoxdur. Biz islam ölkələrinin əməkdaşlığı ilə “Yaxın Şərqin İslam Məclisi”ni yarada və bu çərçivədə təhlükəsizlik, iqtisadi, mədəni və siyasi münasibətlərimizi tənzimləyə bilərik.
O qeyd edib: Region ölkələri mediada təbliğat aparıb öz xalqlarına İranın regiondakı iğtişaşların səbəbkarı olduğu fikrini aşılamaq əvəzinə bilməli və qəbul etməlidirlər ki, regionda iğtişaşların, qarışıqlığın, soyqırımın, terrorun və təxribatların əsas səbəbkarı İsraildir.