Qalibaf: Həqiqətin səsi susdurula bilməz
https://parstoday.ir/azeri/news/iran-i13860-qalibaf_həqiqətin_səsi_susdurula_bilməz
İslam Şurası Məclisinin sədri, İİKK sözçüsü general Naininin şəhadətinə başsağlığı verərək dedi: Onun Amerika-sionist cinayətkar dəstəsi tərəfindən şəhid edilməsi bu şər düşmənin üzündən maskanı bir daha götürdü və düşmənin həqiqətin uca səsini susdurmaq niyyətində olduğunu, həqiqətin səsinin isə susdurula bilməyəcəyini göstərdi.
(last modified 2026-03-22T10:27:21+00:00 )
Mart 22, 2026 14:18 Asia/Baku
  • Qalibaf: Həqiqətin səsi susdurula bilməz

İslam Şurası Məclisinin sədri, İİKK sözçüsü general Naininin şəhadətinə başsağlığı verərək dedi: Onun Amerika-sionist cinayətkar dəstəsi tərəfindən şəhid edilməsi bu şər düşmənin üzündən maskanı bir daha götürdü və düşmənin həqiqətin uca səsini susdurmaq niyyətində olduğunu, həqiqətin səsinin isə susdurula bilməyəcəyini göstərdi.

 

Məhəmməd Baqir Qalibaf İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü general Əli Məhəmməd Naininin şəhadəti münasibətilə başsağlığı verərkən yazıb: “Tehran bələdiyyəsində bu şanlı şəhidlə işləmək şərəfinə nail oldum. O, ömrünün uzun illərini yumşaq müharibə və mədəni cihad səngərlərində keçirmiş bir insan idi. Səmimi məsuliyyət və dərin uzaqgörənliklə inqilabın, müqavimət cəbhəsində izahat və maarifləndirmə cihadının müdafiəsində təsirli rol oynadı. Nəhayət, o, İmam Zamanın (Allah onun mübarək zühurunu tezləşdirsin), inqilabın şəhid liderinin və nəcib İran xalqının əsgəri kimi missiyasını yüksək şəhidlik dərəcəsi ilə başa vurdu.