İİKK: Uşaq öldürən ordu soyqırımda bütün qırmızı xətləri keçib
İİKK-nın İctimaiyyətlə Əlaqələr Şöbəsinin "Doğru vəd 4" Əməliyyatının 46 nömrəli bildirişi belədir:
Sionist rejimin uşaq öldürən ordusu, bölgədəki müharibə atmosferindən və ABŞ-nin və sionist rejimin İran İslam Respublikasına qarşı tətbiq etdiyi müharibə məsələsinə medianın diqqətindən sui-istifadə edərək, Livan və Fələstinin mülki əhalisinə qarşı genişmiqyaslı müharibə cinayətləri törətmiş və soyqırımda bütün qırmızı xətləri keçib və bu prosesin davam etməsi dözülməzdir.Rejimin cinayətkar ordusuna xəbərdarlıq edirik ki, Livan və Fələstinin mülki əhalisinə qarşı cinayətlər davam edərsə, işğal olunmuş Fələstinin şimalında və Qəzza zolağında düşmən qüvvələrinin toplanma yerləri heç bir mülahizə olmadan İran İslam Respublikası və İİKK tərəfindən ağır raket və pilotsuz təyyarə hücumlarına məruz qalacaq.