asim monir
Pakistan Ordusunun komandanı iran Prezidentilə görüşüb
ABŞ İranla münasibətlərində öz ritorikasını və yanaşmasını düzəltməlidir. Çünki zorakılığa və güc tətbiqinə arxalanmaq yalnız icra proseslərini daha da mürəkkəbləşdirəcək
İran Prezidenti və Pakistan Ordusunun komandanı ABŞ-ın İran İslam Respublikasına münasibətdə yanaşmasını dəyişməsinin, İslamabad sazişinin hüquqi tələblərinə riayət edilməsinin və İsrail rejiminin planlarının zərərsizləşdirilməsində İslam həmrəyliyinin əsas rolunun vacibliyini vurğulayıblar.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian otən gün Pakistan İslam Respublikası Ordusunun komandanı Əsim Münirlə görüşündə bu ölkə hökumətinin regional sülh və təhlükəsizliyin təmin olunması istiqamətində konstruktiv və vasitəçilik səylərinə görə təşəkkürünü bildirib. O, səylərin və qarşılıqlı əməkdaşlığın davam etdirilməsi ilə İslamabad sazişində nəzərdə tutulan məqsədlərə nail olunacağına ümidvar olduğunu ifadə edib.
Prezident ABŞ-ın İran İslam Respublikası qarşısında öz öhdəliklərinə qanuni hüquqlar və beynəlxalq normalar əsasında riayət etməsinin zəruriliyini vurğulayaraq bildirib: “ABŞ İranla münasibətlərində öz ritorikasını və yanaşmasını düzəltməlidir. Çünki zorakılığa və güc tətbiqinə arxalanmaq yalnız icra proseslərini daha da mürəkkəbləşdirəcək.”
Asim Münir bu görüşdə Məsud Pezeşkianın regionda sabitlik və əmin-amanlığın yaradılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü və minnətdarlığını bildirərək vurğulayıb:
“Ortaq məqsədlərin irəlilədilməsi və hərtərəfli razılaşmanın əldə olunması üçün diplomatik proseslərin böyük diqqət və hərtərəfliliklə müzakirə və araşdırılması zəruridir.”
Asim Münir görüşün davamında Məsud Pezeşkianın regionda sabitlik və əmin-amanlığın yaradılması istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü və minnətdarlığını bildirərək vurğulayıb:
“Ortaq məqsədlərin irəlilədilməsi və hərtərəfli razılaşmanın əldə olunması üçün diplomatik proseslərin böyük diqqət və hərtərəfliliklə müzakirə və araşdırılması zəruridir.”