Düşmən İran xalqının birliyi ilə məğlub edildi
https://parstoday.ir/azeri/news/iran-i14152-düşmən_İran_xalqının_birliyi_ilə_məğlub_edildi
İran prezidenti bildirib: "Düşmənlər hesablamışdılar ki, İranda xaos və böyük bir garşidürma yaratmaqla ölkəni dağıda bilərlər, lakin cəmiyyətdə mövcud olan birlik və həmrəylik sayəsində bu baş vermədi."
(last modified 2026-08-26T07:30:24+00:00 )
Avq 26, 2026 11:19 Asia/Baku
  •  Düşmən İran xalqının birliyi ilə məğlub edildi

İran prezidenti bildirib: "Düşmənlər hesablamışdılar ki, İranda xaos və böyük bir garşidürma yaratmaqla ölkəni dağıda bilərlər, lakin cəmiyyətdə mövcud olan birlik və həmrəylik sayəsində bu baş vermədi."

"Pars Today" in məlumatına görə, Məsud Pezeşkian çərşənbə axşamı bir qrup İranin yeniyetmə və gənci ilə görüşündə düşmənlərin İranda parçalanma və bölünmə yaratmaq məqsədlərinə toxunaraq əlavə edib: "Müharibələr bu gün təbiətini dəyişib. Düşmənlər İran xalqını hərbi yolla təslim edə və ya məğlub edə bilməyəcəklərini başa düşüblər, ona görə də İranı xaosa salmaq üçün sosial problemlər və iqtisadi narazılıq yaratmağa yönəliblər." O, iqtisadi təzyiq yaratmaq ABŞ və düşmənlərin İranı təslim etmək strategiyalarından biri olduğunu bildirib və əlavə edib: "Problemlər qarşısında təslim olmamalı və təslim olmamalıyıq. Problemlərlə üzləşməyin bir yolunu tapmalıyıq və cəmiyyətin bütün üzvlərinin iştirakı ilə İranı inkişaf etdirəcəyik." Pezeşkian düşmənlərin ölkədə xaos yaratmaqla və sonra bir neçə gün ərzində böyük bir hücumla İranı çökdürə biləcəklərini hesabladıqlarını xatırladaraq əlavə edib: "Bu, cəmiyyətdə mövcud olan birlik və həmrəylik səbəbindən baş verməyib." İndi bizim də bir-birimizin əməkdaşlığına və empatiyasına ehtiyacımız var və elitalar və akademiklər bu baxımdan əsas rol oynaya bilərlər.