İki ölkə arasında münasibətlərin inkişafı və dərinləşdirilməsi vurğulanıb
https://parstoday.ir/azeri/news/iran-i14238-İki_ölkə_arasında_münasibətlərin_inkişafı_və_dərinləşdirilməsi_vurğulanıb
İran İslam Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti və “Şanxay plyus” formatında keçirilən görüş çərçivəsində görüşərək müzakirələr aparıblar
(last modified 2026-08-31T16:08:41+00:00 )
Avq 31, 2026 20:03 Asia/Baku
  •  İki ölkə arasında münasibətlərin inkişafı və dərinləşdirilməsi vurğulanıb

İran İslam Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Prezidenti Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti və “Şanxay plyus” formatında keçirilən görüş çərçivəsində görüşərək müzakirələr aparıblar

 

 Məsud Pezeşkian və İlham Əliyev görüş zamanı Tehran və Bakı arasında əməkdaşlığın son vəziyyətini və gedişatını nəzərdən keçirərək, müxtəlif sahələrdə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin zəruriliyini vurğulayıblar.

İRNA-nın məlumatına görə, Prezident Məsud Pezeşkian bu gün səhər Şanxay Əməkdaşlıq Təşkilatının və “Şanxay plyus”un sammitində iştirak və çıxış etmək məqsədilə Qırğızıstanın paytaxtı Bişkekə yola düşüb.

Prezident Azərbaycan Respublikasının Prezidenti ilə görüşdə:

Çətin şəraitdə region ölkələrinin həmrəylik nümayiş etdirən mövqeləri və konstruktiv yanaşmaları region xalqları arasında həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini göstərir.

İran xalqı daxili imkanlara arxalanaraq və regional əməkdaşlığı dəstəkləyərək xarici təzyiqlər və diktə edilən siyasətlər qarşısında müqavimət göstərəcək və xalqların iradəsinin böyük güclərin təzyiqi altında qalmasına imkan verməyəcək.

Regionda davamlı təhlükəsizlik və sabitliyə region ölkələri arasında əməkdaşlıq və dialoq yolu ilə, yerli və regional imkanlara əsaslanaraq nail olmaq mümkündür. İran İslam Respublikası bu istiqamətdə regional əməkdaşlığın genişləndirilməsini alqışlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:

Azərbaycan Respublikası hər zaman İran İslam Respublikası ilə münasibətlərə xüsusi dəyər və əhəmiyyət verib və iki ölkə arasında əlaqələrin inkişafını iki xalqın ümumi maraqları istiqamətində davam etdirir