Əkrəmi-Niya:
Düşmən İrana qarşı hücum zamanı çoxsaylı hesablama səhvlərinə yol verib
İran Ordusunun sözçüsü bildirib düşmən İranın raket və nüvə potensialını məhv etmək, hakimiyyəti devirmək və İranı parçalamaq da daxil olmaqla çoxsaylı məqsədlər qarşıya qoymuşdu, lakin bütün bu məqsədlərə çatmaqda uğursuzluğa düçar oldu
İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmi-Niya Məşhəd şəhərində keçirilən “İmam Rza (ə)” layihəsinin ikinci birgə konfransında “siyasi bəsirət” mövzusunda çıxış edib.
O bildirib ki, hərbi qüvvələrdə komandirlər, müəllimlər, eləcə də səhiyyə və müalicə sahəsində fəaliyyət göstərən şəxslər böyük təsir gücünə və ictimai fikir formalaşdırmaq baxımından mühüm mövqeyə malikdirlər. Onların davranış və çıxışları digər əməkdaşlara ciddi təsir göstərir.
İran Ordusunun sözçüsü qeyd edib ki, ölkənin müstəqilliyi və milli ləyaqəti düşmənlər qarşısında müqavimət və dayanıqlıq göstərməkdən, həmçinin ölkə daxilində birliyi qorumaqdan asılıdır.
Əkrəmi-Niya ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzünə toxunaraq deyib ki, düşmənin hesablamalarında yol verdiyi səhvlər hücumun nəticələrinə təsir edib. Onun sözlərinə görə, sionistlərin Trampı şirnikləndirməsi və təhdid etməsi İrana qarşı hücumun mühüm amillərindən biri olub.
O bildirib ki, düşmən İranın raket və nüvə potensialını məhv etmək, hakimiyyəti devirmək və İranı parçalamaq da daxil olmaqla çoxsaylı məqsədlər qarşıya qoymuşdu, lakin bütün bu məqsədlərə çatmaqda uğursuzluğa düçar oldu.
İran Ordusunun sözçüsü əlavə edib ki, düşmən son müharibədə bir sıra ciddi hesablama səhvlərinə yol verib. Bunların arasında İran xalqının düzgün tanınmaması, İran Silahlı Qüvvələrinin imkanlarının düzgün qiymətləndirilməməsi, ölkənin idarəetmə strukturunun yanlış anlaşılması, İranın Hörmüz boğazına nəzarət imkanlarının nəzərə alınmaması və NATO ilə ABŞ-ın Qərb müttəfiqlərinin İrana qarşı müharibədə iştirak etməyəcəyinin proqnozlaşdırılmaması xüsusi yer tutur.