İran-Azərbaycan arasında hüquqi əməkdaşlıq inkişaf etdiriləcək
https://parstoday.ir/azeri/news/iran-i14408-İran_azərbaycan_arasında_hüquqi_əməkdaşlıq_inkişaf_etdiriləcək
İranın Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad bildirib ki, İran və Azərbaycan arasında prokurorluq və hüquqi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.
(last modified 2026-09-14T15:33:05+00:00 )
Sen 14, 2026 19:30 Asia/Baku
  •  İran-Azərbaycan arasında hüquqi əməkdaşlıq inkişaf etdiriləcək

İranın Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad bildirib ki, İran və Azərbaycan arasında prokurorluq və hüquqi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.

İranın Baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad regionda baş verən son hadisələr fonunda Azərbaycan tərəfindən göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.

Bunu o, azərbaycanlı həmkarı Kamran Əliyevlə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 7-ci iclası çərçivəsindəki görüşündə deyib.

İki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, peşəkar təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, habelə qarşılıqlı hüquqi yardım mexanizmlərindən daha səmərəli istifadə imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və digər transmilli cinayətkarlıq formalarına qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyi vurğulanıb.