Əhməd Vəhidi:
Hörmüz boğazı İranın strateji qırmızı xəttidir
SEPAH-ın Baş Komandanı Əhməd Vəhidi bildirib ki, Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyi regional məsələdir və ABŞ və İsrailin istənilən təhdidinə qarşı İran Silahlı Qüvvələri qəti və sarsıdıcı cavab verməyə hazırdır.
SEPAH-ın Baş Komandanı Əhməd Vəhidi «SEPAH Hərbi-Dəniz Qüvvələri Günü» münasibətilə yaydığı mesajda yazıb:
«Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyi daxili və regional təhlükəsizlikdir və heç bir regiondankənar gücün bu ərazini təhdid etməyə, hegemon mövcudluq nümayiş etdirməyə və ona müdaxilə etməyə haqqı yoxdur. Hörmüz boğazı dünya enerjisinin həyati damarlarından biri və İran İslam Respublikasının strateji qırmızı xəttidir.»
SEPAH-ın Baş Komandanı əlavə edib: «SEPAH-ın Hərbi-Dəniz Qüvvələri İran Ordusunun Hərbi-Dəniz Qüvvələri ilə koordinasiyada müxtəlif dəqiq zərbə vuran raketlər, heyrətamiz hücum PUA-ları, vahimə yaradan sürətli katerlər, elektron müharibə imkanları və çevik sahil müdafiə şəbəkəsi ilə düşmənin öz sularımızda gəmilərin icazəsiz hərəkəti ilə bağlı istənilən yanlış hesablamasına qəti və sarsıdıcı cavab verməyə hazırdır.»
Vəhidi bildirib ki, ABŞ və İsrail tərəfindən gələn istənilən təhdid bu qüvvələrin «ayıqlığı, vahid komandanlığı və hərtərəfli hazırlığı» ilə cavablandırılacaq.