Pezeşkian:
Müqavimət göstərəcək, düşməni ümidsiz və məyus edəcəyik
İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında bildirib ki, ölkə hərtərəfli müharibə şəraitində olsa da, Tehran danışıqları ləyaqət və qüdrət mövqeyindən davam etdirir və İran xalqının hüquqlarının təmin olunması üçün müqavimət və dayanıqlılıq proqramını qətiyyətlə həyata keçirəcək.
İran Prezidenti Məsud Pezeşkian bu gün səhər Nazirlər Kabinetinin iclasında sənaye və istehsalın bütün sahələrində çalışan fədakar mütəxəssislərin səylərini yüksək qiymətləndirib, rəhbərlərə və işçilərə təşəkkür edib. O, bu fədakar səylərin sənaye, istehsal, neft, enerji və digər sahələrin ən mürəkkəb bölmələrinin qısa müddətdə yenidən qurulmasına səbəb olduğunu və bunun digərlərinin təəccübünə, düşmənlərin isə məyusluğuna gətirib çıxardığını bildirib.
Prezident qeyd edib ki, ölkədə mövcud vəziyyətlə bağlı rəhbərlər, müavinlər, dövlət və özəl qurumlar, digər təşkilatlar və müxtəlif şəxslər real təsəvvürə malikdirlər.
Pezeşkian vurğulayıb: «Biz tammiqyaslı və hərtərəfli müharibə şəraitindəyik. Bununla belə, bu vəziyyətdə danışıqlar və müzakirələr aparmaqla yanaşı, İran xalqının haqq və hüquqlarının təmin edilməsi üçün ləyaqət və qüdrət mövqeyindən çıxış edirik. Eyni zamanda, müqavimət və dayanıqlılıq proqramını güclə davam etdiririk. Şübhəsiz ki, müqavimət göstərəcək, düşməni ümidsiz və məyus edəcəyik.»