Sionist rejimlə əlaqələrin kəsilməsi cinayətlərin durdurulmasinda təsirlidir
(last modified Fri, 10 Nov 2023 10:24:11 GMT )
Noy 10, 2023 14:24 Asia/Baku
  • Sionist rejimlə əlaqələrin kəsilməsi cinayətlərin durdurulmasinda təsirlidir

Sionist rejimlə əlaqələrin kəsilməsi cinayətlərin durdurulmasında təsirlidir

 

Sionist rejimlə bütün siyasi və iqtisadi əlaqələr və parametrlərin kəsilməsi yaxşı çəkindiriciliyə malik ola bilər.

Bunu, İran prezidenti vurğulayıb.

Ümid edirəm ki, bu hərəkət, bölgədə təcili çəkindiriciliyə malik ola və sionistlərin Fələstindəki cinayətləri qarşısındakı şəraiti dəyişdirə bilər- deyə, Seyid İbrahim Rəisi bildirib.

Rəisi dünən axşam Orta Asiya bölgəsinin iki ölkəsinə səfərdən geri döndükdən sonra Tacikistan və Özbəkistana səfərlərinin nəticə və nailiyyətləri barədə danışıb: Bizim Özbəkistana səfərimiz, üzvlərin əlaqələri üçün mühüm zəmin və təşkilat olan EKO iqtisadi əməkdaşlıq təşkilatının sammitində iştirakla bağlı idi.

Ölkə prezidenti əlavə edib: İclasda nəzərdən keçirilən ən mühüm mövzular tranzit məsələsi, ticarətin, xüsusən bölgədaxili ticarət və gömrük işlərinin asanlaşdırılması, diqqətəlayiq ətraf mühit məsələsi, yeni texnologiyalar və elmə, həmçinin turizmə diqqət olubdur. Demək olar ki, bütün üzvlər İranın şərq, qərb, şimal və cənub qovuşması sahəsindəki tranzit yolunun məziyyətləri, İranın bu sahədəki tənzimləyici rolunun önəmi barədə fikir birliyinə malik idilər.

Rəisi söyləyib: İclasın sonunda bir bəyanat yayıldı ki, onda fələstinlilərin hüquqlarına dəstək, sionistlərin cinayətlərinin durdurulması və bombardmanların kəsilməsi zərurəti, blokdadanın aradan qaldırılması və Qəzzə sakinlərinə yardımın çatdırılmasının başlanmasına təkid edilir.

Prezident həmçinin iclasın kənarında Özbəkistan, Azərbaycan və Türkiyənin dövlət başçıları ilə görüşlərinə işarə edib: Cənab Ərdoğanla keçirdiyimiz işgüzar görüşdə ikitərəfli əlaqələr məsələsi nəzərdən keçirilsə də, mühüm Fələstin məsələsi bizim bəhslərimizə kölgə saldı və müzakirələrin mühüm məsələsinə çevrildi ki, əlbəttə, elə bu da gözlənilirdi.

Rəisi əlavə edib: Onun EKO iclasındakı mövqeyi, yaxşı mövqe idi, amma bu görüşdə vurğuladım ki, bu mövqe kifayət etməz və bu mövzu əmələ və icraya çevrilməlidir.

İran prezidenti həmçinin özünün digər görüşlərinin istiqamətlərini ikitərəfli əlaqələr, tranzit, iqtisadi və ticari məsələlər adlandırıb.

Prezident həmçinin siyasi, iqtisadi və mədəni sahələrdə iki dost və eynidilli ölkə kimi, İranla Tacikistan arasında bir strateji və on səkkiz əməkdaşlıq sənədinin imzalanmasına işarə edib.

EKO-nun sədrliyi gələn il İrana həvalə olunacaq- deyən Rəisi ümidvarlıq edibdir ki, İran İslam Respublikasının EKO-ya sədrliyi dövründə aparılan proqramlaşdırmalarla EKO regionda fəaliyyət göstərən iqtisadi bir təşkilat kimi daha yaxşı rol oynayacaq